Türkmənistan prezidenti Serdar Berdıməhəmmov Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında bəzi yüksək rütbəli məmurları vəzifəsindən azad edib.
Yenisabah.az xəbər verir ki, iclas 2022-ci ilin ilk 6 ayının yekunlarına həsr olunub.
Türkmənistan prezidenti müdafiə naziri Beqanç Gündoğdıyevə və Milli Təhlükəsizlik Şurasının katibi, milli təhlükəsizlik naziri Qurbanmurad Anayevə xidməti vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə töhmət verib. Toyuqlu pizza
O, həmçinin, baş prokurorun müavini və baş məhkəmə müşaviri olan Bekmurad Bekmuradovu vəzifəsindən azad edib. Bekmuradovun səlahiyyətləri Aşqabad şəhər prokuroru vəzifəsində çalışan Serdar Məlikquliyevə verilib.
Ölkənin daxili işlər naziri“Xıdırova struktur hissələrinin fəaliyyətinin təkmilləşdirilməsi tapşırılıb.
İclasda Berdıməhəmmədov vurğulayıb ki, bu qərar Türkmənistan parlamentinin yuxarı palatası ilə razılaşdırılaraq qəbul edilib.
Telegram kanalımız