Gənc qadını öldürən şəxs azadlığa çıxmaq istəyir   – Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Gənc qadını öldürən şəxs azadlığa çıxmaq istəyir – Məhkəmə

Kriminal

11 May 2020 10:50 1080


Cinayət Məcəlləsinin 120.2.11(qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən Bədəlov Qəhrəman Şamil oğlu cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, məhkəmə onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçmək barədə ərizəsini rədd etdiyindən Q.Bədəlov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Məhkəmə prosesi hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, ağır cinayət hadisəsi 2013-cü ilin may ayında qeydə alınıb. Nəsimi rayonu, Cavadxan küçəsi ev 21, mənzil 54 ünvanında 23 yaşlı Qəhrəman Bədəlov qeyri-rəsmi yaşadığı 33 yaşlı Yeganə Məmmədovanı boğaraq öldürüb. Q.Bədəlov qadının boynundakı qızıl boyunbağını və evdəki pulları da götürərək aradan çıxıb. Ancaq bir müddətdən sonra o, könüllü olaraq gedib polisə təslim olub.  pizza sifarişi

Q.Bədəlov Nizami Rayon Polis İdarəsində kuryer, öldürülən Yeganə Məmmədova isə masajçı işləyirmiş. Qəhrəman Bədəlov da əvəllər onun müştərisi olub. Onun yanında masaj olunan vaxt münasibətləri yaranıb və qeyri-rəsmi yaşamağa başlayıblar. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!