Gənc qız avtobusdan düşdü, avtomobil vurdu - Vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Gənc qız avtobusdan düşdü, avtomobil vurdu - Vəziyyəti ağırdır

Hadisə

18 Mart 2025 21:08 316


Dünən Şamaxının Məlikçobanlı kəndində 18 yaşlı Güldanə Aqşin qızı Xəlilovanı avtomobil vurub, saat 16:00-da komatoz vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, gənc qızın vəziyyəti ağır olduğuna görə, reanimasiya şöbəsinə köçürülüb və orada süni tənəffüs aparatına qoşulub: Marqarita pizza

"Müayinə zamanı ona dəqiqləşdirilməmiş kəllə-beyin travması və beyindaxili qansızma diaqnozları qoyulub".

"Xəstə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda əlavə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!