Gənc sevgisinin sübutu üçün 9 evi qarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Gənc sevgisinin sübutu üçün 9 evi qarət etdi

Dünya

27 Sentyabr 2025 08:41 272


Hindistanın Naqpur şəhərində 19 yaşlı kollec tələbəsi sevgilisini heyran etmək məqsədilə ardıcıl doqquz evi qarət edib.

Yenisabah.az  bu barədə "Times of India"ya istinadla xəbər verir.

Bildirilir ki, Naman Pete adlı birinci kurs tələbəsi gecələr müxtəlif məhəllələrdə evlərə girib. Pepperoni pizza

Polis onu növbəti oğurluqdan sonra təhlükəsizlik kameralarının görüntüləri sayəsində müəyyənləşdirib. İstintaq zamanı gənc bütün cinayətləri etiraf edib.

Məlumata görə, gəncin sevgilisi lüks həyat tərzini sevdiyi üçün o, bu yola əl atıb və oğurluqla əldə etdiyi pulları sevgilisinə bahalı hədiyyələr almaq və əyləncələrə xərcləyib.

Hazırda şübhəli saxlanılıb, ondan oğurlanmış əşyalar müsadirə olunub. Polis hadisənin digər təfərrüatını araşdırır./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!