Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasın Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, Emin Əmrullayev 1982-ci ildə anadan olub. Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. pizza sifarişi
2003-cü ildə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından "İnzibati idarəetmə" ixtisası üzrə məzun olub.
2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində çalışan Emin Əmrullayev, 2005-2007-ci illərdə Katolik Yardım Xidmətində proqramçı, 2005-2009-cu illərdə isə Qafqaz Universitetində müəllim olaraq çalışıb.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib.
2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.
E.Əmrullayev daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
Telegram kanalımız