Gənc yazıçıdan “Bizon”a etiraz: “Milləti qırmaq istəyirsiz!?”

saytların hazırlanması

Evə çatdırılma

Gənc yazıçıdan “Bizon”a etiraz: “Milləti qırmaq istəyirsiz!?”

Hadisə

09 Avqust 2021 13:50 1220


Gənc yazıçı Elşad Barat aldığı enerji içkisinin içindən şüşə çıxdığını iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan yazıçı “Bizon” adlı enerji içkisindən şüşə qırıntıları çıxdığını bildirib:

“Sol əlimdəki şüşə sağ əlimdəki “Bizon”un içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, “Bizon”un sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə, ilk qurtumda şüşəni udmuş olsun”. Dominos pizza

Elşad Barat içkinin üzərində qeyd olunan nömrə ilə əlaqə saxlasa da cavab verilmədiyini deyib:

“Yaxın vaxtda ölüb eləsəm, səbəbi “Bizon”dur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, telefona 3 manat ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!