“Gəncə işi”nə görə Moskvada saxlanılaraq Bakıya gətirilən Qurbanov Müşfiq Cümşüd oğlu 1-ci instansiya məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarından apellyasiya şikayəti verib.
“Yeni Sabah”ın məlumatına görə, Müşfiq Qurbanovun işinə Bakı Apellyasiya məhkəməsində hakim İlqar Murquzov sədrlik edəcək.
Xatırladaq ki, “Gəncə işi” ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtında saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra yanvarın 17-də Bakıya gətirilib. Sezar pizza
Müşfiq Qurbanov 1978-ci il 20 yanvar tarixində Göygöl rayonunun Toğana kəndində anadan olub. Mingəçevirdə yaşayıb. Hazırda Bakı İstintaq Təcridxanasına yerləşdirilən Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.
Saxlanılanın anası Anisa Qurbanovanın sözlərinə görə, oğlu 16 yaşından psixi xəstəliklərdən və epilepsiyadan müalicə alıb, Gəncədə psixoloji dispanserdə qeydiyyatda olub. Axtarış veriləndə dispanserə sorğu göndərilib. Dispanserdən qeydiyyatda olması haqqında arayış verilib.
Azər İsrafilov
Telegram kanalımız