Gəncə şəhər sakini Vüsalə Əliyeva yerli hakimiyyət orqanlarından şikayətçidir.
Şikayətçi bununla bağlı Yenisabah.az-a videomüraciət göndərib. Vüsalə Əliyeva bildirir ki, İkinci Qarabağ savaşında Ermənistanın Gəncəyə raket atması nəticəsində evi yararsız hala düşüb, özü və ailə üzvləri isə xəsarət alıb. Onun sözlərinə görə, yerli hakimiyyət orqanları bu faktı bilsə də, onların müraciətlərinə cavab vermir.
Vüsalə Əliyevanın dediklərindən belə anlaşılır ki, yerli məmurlar hətta onu və ailə üzvlərini təhdid edir. O Prezidentə xitabən deyib “Mən artıq məmurlardan, Gəncədə yaşamaqdan qorxuram”. pizza sifarişi
Vüsalə Əliyevanın redaksiyamıza ünvanladığı videomüraciəti təqdim edirik.
Telegram kanalımız