Gəncə şəhər stadionu bərbad vəziyyətə düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gəncə şəhər stadionu bərbad vəziyyətə düşdü - Foto

İdman

01 Aprel 2023 17:17 1293


Azərbaycanda daha bir stadionun ot örtüyü bərbad vəziyyətə düşüb.

Yenisabah.az xəbər verir ki, Gəncə şəhər stadionunun qazonu yararsız haldadır. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun “Kəpəz”-“Səbail” matçının keçirildiyi arenanın ot örtüyündə yaranan problem futbolçulara meydanda istədikləri kimi hərəkət etməyə imkan vermir.

Qazon son günlərdə bu vəziyyətə düşüb. Milli komandaların oyunları ilə bağlı fasilə yaranana qədər Gəncə şəhər stadionunun örtüyü normal halda idi. Dominos pizza

Xatırladaq ki, daha əvvəl Naxçıvan şəhər stadionunun qazonunda belə problem yaranıb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!