Gəncə şəhər stadionu üçün 1 milyon manat ayrıldı - SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Gəncə şəhər stadionu üçün 1 milyon manat ayrıldı - SƏRƏNCAM

İdman

06 Oktyabr 2023 17:45 550


Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. pizza hut

İqtisadiyyat Nazirliyi Sərəncamda göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!