Gəncə və Şəki kolleclərinə yeni təyinatlar olub

saytların hazırlanması

Evə çatdırılma

Gəncə və Şəki kolleclərinə yeni təyinatlar olub

Sosial

09 Aprel 2026 10:43 275


Şəki Dövlət Regional Kolleci və Gəncə Regional Kollecinə yeni təyinatlar olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar pizza

Qeyd edək ki, Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Tarix” ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.

G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin “Bir Müəllimin Manifesti” təhsil proqramını, “İnnovativ məktəb direktorları” layihəsini uğurla başa vurub.

Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Coğrafiya müəllimliyi” ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009–2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!