Gəncədə 208 nəfər karantin rejimini pozub - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 208 nəfər karantin rejimini pozub - Foto

Kriminal

10 Aprel 2020 16:12 1080


Gəncədə karantin rejimini pozan şəxslər barədə inzibati tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə,  Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!