Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərləndi

Hadisə

14 Dekabr 2023 21:15 925


Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. pizza mizza

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!