Gəncədə avtomobillər toqquşdu,   ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə avtomobillər toqquşdu, ölən və xəsarət alanlar var

Hadisə

23 Noyabr 2023 00:59 844


Gəncə şəhərində bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində 2 VAZ markalı avtomobilin toqquşması nəticəsində 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova dünyasını dəyişib.

Qəza zamanı habelə 2004-cü il təvəllüdlü Əli Süleymanov, 1999-cu il təvəllüdlü Taleh İsmayılov, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva və 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova xəsarət alıblar. pizza sifarişi

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!