Gəncə şəhərinin Nizami rayonunda yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli beşotaqlı evin üç otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb. pizza sifarişi
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız