Gəncədə daha iki baş həkim vəzifədən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə daha iki baş həkim vəzifədən azad edildi

Maraqlı

07 Noyabr 2022 00:21 1412


Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

Yenisabah.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib. pizza mizza

Xatırladaq ki, Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov da baş həkim vəzifəsindən azad edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!