Ötən gün xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü F.Səfərovanın son durumu açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, 30.03.2025-ci il tarixində saat 21:10-da 2011-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazının toksiki təsiri diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. pizza sifarişi
"Ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.
Telegram kanalımız