Gəncədə doğulmuş rusiyalı politoloq vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə doğulmuş rusiyalı politoloq vəfat etdi

Dünya

30 Avqust 2025 09:03 350


Politoloq və türkoloq Stanislav Tarasov 72 yaşında dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə avqustun 29-da onun xanımı məlumat yayıb.

Tarasov ağciyər xərçəngindən vəfat edib. Sezar pizza

O, 1953-cü ildə Gəncədə anadan olub. 1979-1991-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışıb, Əfqanıstana 12 səfər edib. Tarasov daha sonra Türkiyə, Cənubi Qafqaz və Yaxın Şərqdəki siyasi vəziyyəti təhlil etmək üzrə ixtisaslaşmış bir sıra böyük siyasi nəşrlərlə əməkdaşlıq edib.

O, türk və fars dillərini mükəmməl bilirdi. Gördüyü işlərə görə alim "Qırmızı Bayraq" ordeni və bir sıra Əfqanıstan medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!