Gəncədə həlak olanlar arasında bir məktəbli də var

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə həlak olanlar arasında bir məktəbli də var

Hadisə

17 Oktyabr 2020 14:04 1040


Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib: “15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!