Gəncədə kişi qardaşı arvadını öldürdü, gəlini ilə nəvələrini bıçaqladı   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə kişi qardaşı arvadını öldürdü, gəlini ilə nəvələrini bıçaqladı - Yenilənib

Kriminal

16 İyun 2020 21:30 3452


Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Yenisabah.az xəbər verir ki, qətli törədən şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb. pizza hut

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib. 

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.  /APA

***

Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

Yenisabah.az xəbər verir, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və xəsarət alanların kimliyi məlum deyil. 

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!