“Gəncədə məscidə ayaqqabılı girib “Haradadır Sizin Allahınız” deyən məmur...” 

saytların hazırlanması

Evə çatdırılma

“Gəncədə məscidə ayaqqabılı girib “Haradadır Sizin Allahınız” deyən məmur...” 

Siyasət

05 Sentyabr 2020 08:28 3391


Hüquqşünas Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirməsinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, A.İsmayılov deyib: 

“İllərdir, müsəlman ölkəsi olan Azərbaycanda Gəncə zonasında yaşayan dindarlardan düşmən, ekstremist obrazı yaradıb onları həbsxanalara dolduran hakimiyyət təmsilçilərinin davranışına və bu gün Gəncədə Prezidentin köməkçisi Anar Ələkbərovun dindarlarla görüşünə, onlara dediklərinə diqqət yetirin.  Sezar pizza

Gəncədə məscidə ayaqqabılı girib “Haradadır Sizin Allahınız, mən onu görmürəm” deyən hakimiyyət nümayəndələrinin əvəzinə bu gün ölkədə din və dindarlarla bağlı görülən işlərdən hesabat verənlərin fərqini görün. 

Bu cür ciddi dəyişiklikləri görməyənlər, sadəcə, yaxşı heç nəyi görmək istəməyən, hər şeyi qara rəngdə görənlərdir…”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!