Gəncədə mikroavtobusla minik maşını toqquşdu: Yaralılar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə mikroavtobusla minik maşını toqquşdu: Yaralılar var - Fotolar

Hadisə

02 Fevral 2025 20:57 251


Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes-Benz" markalı mikroavtobus toqquşub. Pepperoni pizza

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüdlü Z.Orucova və daha iki nəfər xəsarət alıblar. Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən mikroavtobus 28 saylı xətt üzrə işləyirdi. Qəza zamanı mikroavtobusda sərnişinlər olublar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!