Gəncədə obyektdə yanğın oldu

Gəncədə obyektdə yanğın oldu

Hadisə Veb saytların hazırlanması

28 Noyabr 2023 21:46 772


Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb.

Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!