Gəncədə oğurluq edən şəxslər saxlanıldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə oğurluq edən şəxslər saxlanıldı - Video

Kriminal

02 Yanvar 2021 14:22 687


Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmu, Teymur Həsənov, tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar.

Onlar maddi sübutlarla birgə saxlanılaraq istintaqa təhvil veriliblər. pizza hut

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!