Gəncədə oğurluq edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə oğurluq edənlər tutuldu

Kriminal

22 May 2019 14:27 983


Gəncədə oğurluq etmiş bir neçə nəfər tutulub.

DİN-dən “Yeni Sabah”a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları mayın 5-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən su nasosu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ş.İbrahimovu saxlayıblar.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 22-dən mayın 2-dək olan müddətdə “İsuzu” və “VAZ-2106” markalı avtomobillərdən akkumulyator, 1 yardımçı təsərrüfatdan məişət əşyaları, 1 həyətyanı sahədən isə velosiped oğurladığı da müəyyən edilib. pizza hut

Oğurluq etdiyinə görə tutulmuş R.İbişovun Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əmkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7 min ABŞ dolları və 200 avro oğurladığı müəyyən olunub.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları isə martın 13-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyevi saxlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!