Gəncədə “patı” satanlar saxlanıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə “patı” satanlar saxlanıldı - Video

Kriminal

08 Yanvar 2022 09:48 791


Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri- Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər qanunla qadağan edilimiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bundan başqa araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran İslam Respublikasının vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan bir başa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib. pizza hut

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!