Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. pizza hut
Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız