Gəncədə qorxunc hadisə: 3 nəfəri yandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qorxunc hadisə: 3 nəfəri yandırdı 

Hadisə

29 İyun 2024 12:06 683


Gəncədə 3 nəfər yanıq xəsarəti alıb. 

Yenisabah.az “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.  Dominos pizza

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumatı təsdiq ediblər: 

"Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb. Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!