Gəncədə restoranda yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib. Sezar pizza
Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır./APA
Telegram kanalımız