Gəncədə tanınmış vəkil saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə tanınmış vəkil saxlanıldı

Sosial

24 Oktyabr 2025 13:58 333


Gəncədə vəkil Zabil Qəhrəmanov saxlanılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, o, Gəncə şəhər Baş Polis İdarəsindədir.

"Report"un məlumatına görə, o, avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilir. pizza sifarişi

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

"Yeni Sabah" olaraq əlavə edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb.

O, qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!