Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.
İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib. Dominos pizza
Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. (APA)
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız