Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan "Isuzu" markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız