Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq oldu

Sosial

08 Noyabr 2025 22:56 424


Gəncə şəhərində Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Meydanında baş tutub.

Bayram konsertində respublikanın tanınmış mədəniyyət xadimləri və incəsənət nümayəndələrinin ifasında vətənpərvər mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib. pizza hut

Tədbiri şəhər rəhbərliyi, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri böyük coşqu və qürur hissi ilə izləyiblər.

Konsert proqramının sonunda 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!