Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Hadisə Veb saytların hazırlanması

28 Noyabr 2023 14:27 726


Gəncə şəhərində 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. 

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ", "Chovralet" və 2 "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəza zamanı 1995-ci il təvəllüdlü Sənan Qarayev və 1969-cu il təvəllüdlü Gülbəniz Salmanova xəsarət alıblar. 

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. 

Avtoqəza zamanı daha bir nəfər isə yüngül xəsarət alıb. O, xəstəxanaya getməkdən imtina edib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!