Gəncə şəhərində dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə şəhərin Fətulla Həsənov küçəsində qeydə alınıb .
"BMV", "VAZ 2107", "Xəzər Lada" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 29 yaşlı Əhmədova Günay Azər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Marqarita pizza
Yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP-i əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Telegram kanalımız