Gəncədə zəncirvari qəza: Mikroavtobus altı maşına çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə zəncirvari qəza: Mikroavtobus altı maşına çırpıldı

Hadisə

05 Sentyabr 2024 21:07 475


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetməni itirərək "Niva", "Mitsubishi", "Chevrolet" və daha üç "Hyundai" markalı minik avtomobilinə çırpılıb. pizza mizza

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Məlumata görə, qəzanın səbəbi mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq olub.

Ərazidə qısamüddətli tıxac yaranıb.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!