Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində, 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
"VAZ-2107", "Daewoo" və "KIA" markalı avtomobillərin iştirakı ilə nəticələnən zəncirvari yol qəzasında 1992-ci il təvəllüdlü Ləman Cəlilova xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.


/Report
Telegram kanalımız