“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır".
Yenisabah.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O son dövrlərdə dünyadakı hərbi əməliyyatlara diqqət çəkərək, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılmağını unikal hadisə kimi qiymətləndirib. Pepperoni pizza
Bildirib ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydaların, dünya sivilizasiyasına xas olan baryerlərin olmadığını nümayiş etdirir.
Prezidentin köməkçisi Gəncəyə ballistik və böyük dağıdıcı gücə malik olan raket atılmasını vandalizm və barbarizm kimi dəyərləndirib.
Telegram kanalımız