“Gəncəyə hücum əmrini Paşinyan verib“   - Erməni bloger

saytların hazırlanması

Evə çatdırılma

“Gəncəyə hücum əmrini Paşinyan verib“ - Erməni bloger

Siyasət

05 Oktyabr 2020 11:55 1236


Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.

Yenisabah.az xəbər verir ki, bloger özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda N.Paşinyanı kəskin təngid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.

O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red: Xankəndi) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. Pepperoni pizza

Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Modern.az yazır ki, bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red: Füzuli-Cəbrayıl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yararıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red: Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Ən maraqlısı isə, Tiqran Köçəryan N.Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!