“Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar” - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar” - Aktrisa

Şou

04 İyun 2024 17:23 340


"Son bir ildə bütün rejimim alt-üst olub. Heç cür özümə zaman ayıra bilmirəm. Çünki işlərim çoxdur: məşqlər, tamaşalar, özəl çəkilişlər, ev qayğıları və şəxsi biznesim. Açığını deyim ki, bundan çox yoruluram. Amma büruzə vermirəm". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "Sabahın xeyr, Azərbaycan!" verilişinə müsahibəsində deyib. 

Aktrisa indiki gənclərin həddən artıq sərbəstliyindən söz açıb:  Pepperoni pizza

"Ruhum azad olmasa səhnədə ola bilmərəm. Hər hansısa bir obrazı tamaşaçıya düzgün şəkildə çatdıra bilmərəm. Həyatda risk etməyi sevirəm. Əgər bir şeyi beynimə qoydumsa gec və ya tez onu edəcəyəm. İndiki nəsil çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim dövrümüzdə çərçivələr daha çox idi. Biz elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi isə sadəcə budur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!