General Akopyan dövlət sirrini yayıb - Ermənistan MN

saytların hazırlanması

Evə çatdırılma

General Akopyan dövlət sirrini yayıb - Ermənistan MN

Hadisə

19 Noyabr 2020 23:35 2169


Ermənistan Müdafiə Nazirliyi Hərbi-Nəzarət Xidmətinin keçmiş rəhbəri Movses Akopyanın bəyanatı nəinki həqiqətə uyğun deyil, həm də özündə dövlət sirrini ehtiva edir.

Yenisabah.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin (MN)  yaydığı məlumatda belə deyilir.

Qeyd edilir ki, M.Akopyanın bəyanatlarında Ermənistanın müdafiə sahəsində beynəlxalq əməkdaşlığına dair məlumatlar da yer alır. pizza

Müdafiə Nazirliyi bildirir ki, Akopyan Ermənistan silahlı qüvvələrinin strukturunu, ordu birləşmələrinin formalaşması xüsusiyyətlərini açıqlayaraq çox təhlükəli bəyanatlar verir. Qurum bunların son dərəcə gizli məlumatlar olduğuna və dərcinin cinayət məsuliyyəti yaratdığına diqqət çəkib.

Qeyd edək ki, Akopyan bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın müharibə yalanlarını ifşa edib. O, əvvəlcə istefasının səbəbini açıqlayıb. Bildirib ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana irad tutduğuna görə vəzifəsindən ayrılmalı olub.

Bundan əlavə, erməni general etiraf edib ki, Qarabağda müharibə zamanı döyüşlərlə bağlı yaydıqları məlumatların hamısı yalan olub. Akopyan, həmçinin döyüşlərdə Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə etdiklərini vurğulayıb. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!