Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni general Mikael Arzumanyan tərəfindən döyülüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin yazdığına əsasən, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra qondarma rejimin rəsmiləri toplantı keçiriblər.
Toplantı zamanı “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan əsəblərinə hakim ola bilməyərək qondarma rejimin liderinə zərbə endirib. pizza mizza
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ respublikasının “müdafiə naziri” Cəlal Arutyunyanın məhv edilməsindən sonra onun yerinə Mikael Arzumanyan təyin olunmuşdu.
Telegram kanalımız