General bölmələrin qışa hazırlığını yoxladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

General bölmələrin qışa hazırlığını yoxladı - Fotolar

Sosial

02 Avqust 2019 10:29 1123


Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb. Sezar pizza

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!