General-leytenant qəzaya düşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

General-leytenant qəzaya düşdü - FOTO

Hadisə

24 Avqust 2023 17:40 808


Dövlət Dumasının deputatı Andrey Qurulev Moskvanın mərkəzində qəza törədib. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, qəza Pravda küçəsində baş verib. İlkin məlumata görə, istefada olan general-leytenant Qurulev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən BMW markalı avtomobilə çırpılıb. Hadisə yerindən çəkilən görüntülərə görə, qəza zamanı “Toyota” markalı avtomobilə də ziyan dəyib.

“Moskva” agentliyinin məlumatına görə, BMW sürücüsü qarşıdan gələn zolağa çıxaraq Qurulevin maşınına çırpılıb. Pravda küçəsində (Raskova zolağı ilə kəsişmə yaxınlığında) qəzadan sonra hər iki istiqamətdə nəqliyyatın hərəkəti bağlanıb. Marqarita pizza

Bildirilir ki, BMW markalı avtomobil dayanacaqdan çıxaraq deputatın maşınına çırpılıb. Ciddi xəsarət alan yoxdur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!