General Mais Bərxudarova vəzifə verilib

saytların hazırlanması

Evə çatdırılma

General Mais Bərxudarova vəzifə verilib

Sosial

07 Noyabr 2025 15:56 25389


Azərbaycan Ordusunun sabiq korpus komandiri general-leytenant Mais Bərxudarova yeni vəzifə verilib.

"Yeni Sabah" xəbər verir ki, o, Müdafiə Nazirliyinin İnspektorlar Qrupuna təyinat alıb. 

Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb. Dördpendirli pizza

Xatırladaq ki, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri olub. O, 2024-cü il oktyabrın 6-da sərəncama göndərilib. Bu barədə özü belə deyib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

M.Bərxudarov 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 2012-ci ildə "Vətən uğrunda" medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Xpress.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!