General Muradov Qarabağda nə ilə məşğuldur?

saytların hazırlanması

Evə çatdırılma

General Muradov Qarabağda nə ilə məşğuldur?

Rəsmi

11 Aprel 2021 23:40 1417


Ermənistanda Koçaryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı Rüstəm Muradovun Xankəndində görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil.

Bakıdan “əliboş” qayıdan Rüstəm Xankəndidə iki biznesmenlə - bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla nahar edib. Armen Balayan Robert Koçaryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Koçaryan görüşündən sonra olması xüsusilə diqqət çəkir.

Birincisi: Rusiya İrəvanda Koçaryan, Xankəndidə Balasanyan komandasını gücləndirir. Toyuqlu pizza

Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Ermənilər Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndidə də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir.

İkincisi: Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur.

Hər iki məqsəd rusların bölgədə qalmasının ömrünü uzatmağa hesablanıb.

Burada rusların cavab verməli olduğu sual yaranır: Muradov Qarabağda sülhü təmin edir, yoxsa siyasətlə məşğuldur?

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!