General-polkovnik Tofiq Ağahüseynov dəfn olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

General-polkovnik Tofiq Ağahüseynov dəfn olundu - Fotolar

Hadisə

13 May 2021 16:46 1447


Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov İkinci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Vida mərasimində görkəmli hərbi xadimin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub. pizza sifarişi

Dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb. Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Respublika Veteranlar şurası adından əklillər qoyulub.

Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev tabut üzərinə sərilən dövlət bayrağını xatirə saxlamaq üçün mərhumun ailəsinə təqdim edib və dərin hüznlə baş sağlığı verilib.

Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!