İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb.
Yenisabah.az xəbər verir ki, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.
SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub. pizza hut
Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.
Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var. /APA
Telegram kanalımız