Generalın həbsdəki qohumundan yeni xəbər: Borcunu ala bilmir

saytların hazırlanması

Evə çatdırılma

Generalın həbsdəki qohumundan yeni xəbər: Borcunu ala bilmir

Kriminal

20 Aprel 2020 12:01 1590


Hazırda həbsdə olan tovuzlu biznesimen Şamıyev Əli Məhəmməd oğlunun pul tələbi ilə bağlı məhkəmə prosesi davam edir. 

“Yeni Sabah”ın məlumatına görə, artıq iş Ali Məhkəmədədir və hakim İlqar Xələfovun icraatına verilib. Cavabdeh qismində isə Kazımov Hafiz Daşdəmir oğlu tanınıb. 

Qeyd edək ki, Əli Şamıyev Tovuz rayonunda keçmiş məhkəmə sədrini öldürməklə gündəmə gəlib. Belə ki, 2019-cü il sentyabr ayında "Göl Əli" ləqəbi ilə Ə.Şamıyev şəxsi münasibətlər zəmnində üstündə gəzdirdiyi "TT" markalı tapança ilə Firudin Ələkbərliyə 4 dəfə atəş açıb. Güllələrdən 3-ü Firudin Ələkbərlinin başına dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.  Dördpendirli pizza

1959-cu il təvəllüdlü Əli Şamıyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektləri var.   

Həmçinin Əli Şamıyev sabiq nazir müavini Arif Əsgərov və Tovuz rayon icra hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalovla qudadır. Belə ki, sabiq nazir müavini Arif Əsgərovun böyük oğlu Elnar Əsgərov və Tovuz rayon icra hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov Əli Şamiyevin qızları ilə  evləniblər. Tofiq Zeynalovala qudalıq Əli Şəmiyevin Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovla qohumluq əlaqələri ilə birləşdirir. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!