Generalın rəhbərlik etdiyi qurum ləğv olundu 

saytların hazırlanması

Evə çatdırılma

Generalın rəhbərlik etdiyi qurum ləğv olundu 

Siyasət

16 Mart 2020 17:54 41559


Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Sənədə görə, ləğv edilmiş XDMX-nin əsasında aşağıdakı dövlət orqanları yaradılıb:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; Toyuqlu pizza

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Yaradılan qurumlar müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Prezidentə təqdim etməlidir.

XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovdur. O, 2003-cü ildən bu vəzifəni daşıyır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!